Azərbaycan Beynəlxalq Bankı Rusiya emitentlərinin qiymətli kağızlar bazarını tərk edib. ABB-nin idarə heytinin sədri Cahangir Hacıyevin Trend ə bildirdiyi kimi, bank $2,5 mln dəyərində olan qiymətli kağızlar portfelini satıb.
"Bu kağızlar baha qiymətə alınıb və biz satışda zərərə yol verməmək üçün onları qiymətlər qalxarkən satmışıq.
Digər qiymətli kağızlar bazarlarına hələ qoyuluşlar planlaşdırmamışıq. Eyni zamanda biz "Azərbaycan-Moskva törəmə bankı vasitəsilə Rusiya bazarında təmsil olunmuşuq.
Onlar qısamüddətli əsaslarla (3-6 ay) "Qazprom", "Qlavmosstroy"un korporativ istiqrazlarını alır. Böyük qoyuluşlar yalnız baş ofisin icazəsi ilə mümkündür", - deyə C.Hacıyev qeyd edib.