...

ƏVƏZ ƏLƏKBƏROV XÜSUSİ DÖVLƏT KOMİSSİYASININ YARADILMASI TƏŞƏBBÜSÜ İLƏ ÇIXIŞ EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 16:53 (UTC +04:00)

"Ölkədə olan 1 milyon 200 min təqaüdçünün təqaüd və sosial yardımlarının dünya sivil sisteminə uyğun verilməsi üçün xüsusi dövlət komissiyası yaradılmalıdır". Trend xəbər verir ki, bu təkliflə Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərov parlamentdə Azərbaycan Respublikasının "2006-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Nazir bildirib ki, təqaüdlərin və sosial yardımların verilməsi 2006-cı il dövlət büdcəsində nəzərdə tutulan əsas məsələlərdən biridir: "Bunun mexanizmi necə olacaq, dünyada sivil sistem necədir, yeni qeyri-pensiya fondları necə yaradılmalıdır, sosial sığortanın gələcək inkişafı, dövlət büdcəsindən maliyyələşən pensiya təminatı ilə bağlı məsələləri həyata keçirmək üçün belə bir komissiyanın yaradılmasına ehtiyac var".

Ə.Ələkbərov Rusiyada bu məsələnin birbaşa prezidentin rəhbərliyi ilə həyata keçirildiyini deyərək parlament üzvlərinin də həmin komissiyada təmsil olunmasını bildirib: "Bununla bağlı problemlər yaranarsa, hesab edirəm ki, gələn ilin büdcəsində dəyişiklik də etmək olar".

Xəbər lenti

Xəbər lenti