...

Azərbaycan GUAM-ın ticarət və nəqliyyata yardım layihəsi üzrə rəhbər komitəsinin iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2005 12:10 (UTC +04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsininin sədr müavini Rafael Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti GUAM-ın ticarət və nəqliyyata yardım layihəsi üzrə rəhbər komitəsinin IV iclasında iştirak edəcək. DGK-dan Trend ə verilən məlumata görə, tədbir dekabrın 6-7-də Tiflisdə keçiriləcək.

İclasın gündəliyinə layihə çərçivəsində həyata keçirilmiş işlərin müzakirəsi, xüsusilə, gömrük yoxlaması zamanı gözləmə vaxtının azaldılmasının təmin olunması məqsədilə GUAM nəqliyyat dəhlizi sərhədlərində gömrük rəsmiləşdirilməsi üçün real vaxtın müəyyən edilməsi və digər məsələlər daxildir.

Layihə üzrə rəhbər komitənin üçüncü iclası 2005-ci ilin iyulunda Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti