...

Azərbaycanın dövlət büdcəsinə neft məhsullarının qiymətlərindəki artımla bağlı 80 milyon manatdan artıq əlavə vəsait daxil olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2006 15:02 (UTC +04:00)

Neft məhsullarının ( dizel yanacağının, ağ neftin və məişət soba yanacağının) qiymətlərinin artması ilə əlaqədar 2006-cı il üçün byüdcə proqnozlarında düzəlişlərin edilməsinə ehtiyac yoxdur. Bu barədə Trend ə Maliyyə Nazirliyindən məlumat verilib. Qiymətlərin arması ilə əlaqədar dövlət büdcəsinə əlavə olaraq 82 mln yeni manat həcmində vəsait daxil olacaq. Bir halda ki, bu, ümumi büdcə gəlirlərinin cəmisi 2,6%-ni təşkil edir, maliyyəçilər proqnozlara yenidən baxılmasına ehtiyac görmürlər.

Əlavə daxilolmalar aksiz vergisi, ƏDV və gəlirə görə vergi üzrə gözlənilir. Aksizlər üzrə proqnozlar 129 mln manat həcmində müəyyən ediləcək. 385 mln manat ƏDV üzrə proqnozlara görə əlavə olaraq daha 30 mln manatın daxil olacağı gözlənilir.

Hökumətdəki mənbələrdən Trend ə daxil olan məlumata görə, 2006-cı ildə dizel yanacağına ümumi tələbat 692 min ton həcmində olacaq.

Xəbər lenti

Xəbər lenti