...

Saspian Express Tarif Şurasına gediş qiymətlərinə yenidən baxılması xahişi ilə müraciət etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2006 19:51 (UTC +04:00)

Azərbaycanın özəl nəqliyyat şirkəti Saspian Express Tarif Şurasına gediş qiymətlərinə yenidən baxılması imkanları barədə xahişlə mürapciət etmək niyyətindədir. Bu barədə Trend ə Saspian Express-in baş direktoru Fəxri Ağayev məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin Azərbaycanda sərnişin və yük daşınmaları qiymətlərinin nizamlanması barədə qərarı özəl şirkətlərə gediş qiymətlərinin sərbəst müəyyən etməyə imkan vermir.

"Buna görə də biz Tarif Şurasına tariflərin artırılması imkanları üçün məktub hazırlamışıq. Biz Nazirlər Kabinetinə müraciətdə konkret rəqəmlər göstərməyi planlaşdırırıq, hökuməti dizel yanacağının qiymətinin artması ilə əlaqədar bir sərnişinin daşınmasının dəyərinin artması ilə bağlı daşınmaların qiymətinə yenidən baxılmağın zəruri olduğu barədə məlumatlandırmaq istəyirik", - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda şirkət zərərlə işləyir. Şirkət Gəncə, Qazax (Qırmızı körpü), Zaqatala, Balakən, Şəki istiqamətində sərnişindaşınmaları həyata keçirir.

F.Ağaeyv gediş haqlarının artırılmasının sərnişinlərin daşınmasına mənfi təsir edəcəyini də istisna etməyib. "Bizim nəqliyyata alternativ variantımız dəmiryoludur. Lakin ADDY da sərnişindaşınmalarının tariflərini artırmaq niyyətindədir ki, bu da bizim vəziyyətimizi eyniləşdirir", - deyə o sonda bildirib.

Xəbər lenti

Xəbər lenti