...

Bakıda ÜGT-nın Avropa regionu dövlətləri gömrük xidmətlərinin rəhbərlərinin iclası öz işini başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2006 17:15 (UTC +04:00)

Fevralın 3-də Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu dövlətlərinin gömrük xidmətləri rəzbərlərinin növbəti 3-cü iclası öz işini başa vurub. Trend in məlumatına görə, sonuncu gün Macarıstan Respublikasının Gömrük Xidməti və Maliyyə Mühafizəsi komissarı, ÜGT-nın Avropa regionunun vitse-prezidenti Yanoş Nadyanın sədrliyi ilə ÜGT-nın baş katibi Mişel Danye tərəfindən təqdim olunan dələduzluq və piratlıqla mübarizə üzrə 2-ci qlobal Konqresin yekunları üzrə məsələlər müzakirə olunub. Finlandiyanın Gömrük Administrasiyasının baş direktoru Tapani Errlinq tərəfindən 2006-cı ilin dekabrında Finlandiyada keçiriləcək gömrük konfransının təqdimatı keçirilib, Cənub-Şərqi Avropada əməkdaşlıq üzrə Təşəbbüsün (SECI) antikriminal Mərkəzinin direktoru Mityi Moçnik iştirakçıları 1999-cu ildən fəaliyyət göstərən Mərkəzin fəaliyyəti barədə məlumatlandırıb. Onun sözlərinə görə, Mərkəzin dünyanın müxtəlif ölkələri ilə məlumat mübadiləsi 20% artıb.Fəaliyyət göstərdiyi dövrdə Mərkəzdə narkotiklərlə, adamların q
anunsuz daşınması, intellektual mülkiyyətin qorunması üzrə 7 qrup yaradılıb. Bu qruplara analoji fəaliyyəti yerinə yetirən 5 yarımqrup daxil edilib.

Avropa Gömrüyünün direktoru Martin Braun Avropa Birliyi ölkələrinə və qonşu ölkələrə gömrük sahəsində texniki yardım göstərilməsi şərtlərini qeyd edib.

ÜGT-nın rəhbəri bildirib ki, qaçaqmalçılıq və qanunsuz əməliyyatlarla mübarizə üçün, məsələn, Əfqanıstandan narkotiklərin daşınması üçün tranzit ölkə kimi istifadə olunması və nəticədə onun Avropa regionuna düşməməsi üçün ölkələr arasında daha sıx hörülmüş əməkdaşlığın olması zəruridir. "Heç kim bu problemlərdən kənarda qala bilməz", - deyə o sonda bildirib.

M.Danye Dövlət Gömrük Komitəsinin 5 zabitini gömrük sahəsindəki xidmətlərinə görə, DGK-nin rəhbəri Kəmaləddin Heydərov tərəfindən isə gömrük strukturlarının bir sıra rəhbərləri, o cümlədən M.Danyeyə mükafatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti