...

"Günəşli" yatağında quyu istismara verilib

Energetika Materials 19 Dekabr 2014 17:41 (UTC +04:00)
Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 5-ci dərin dəniz özülündən 216 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli" yatağında quyu istismara verilib

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 5-ci dərin dəniz özülündən 216 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend ARDNŞ-yə istinadən məlumat verir ki, quyu Fasilə Lay Dəstəsindən, 3084-3067 metr intervaldan qaz-lift üsulu ilə gündəlik 85 ton neft və 11 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti