...

Brent markalı neftin qiyməti bir barelə görə 61 dollar təşkil edib

Energetika Materials 20 Dekabr 2014 00:03 (UTC +04:00)
Hərracların nəticələrinin göstərdiyinə görə, Brent markalı neftin qiyməti cümə günü axşam birdən-birə 3% artaraq bir barel üçün 61 dollar təşkil edib.
Brent markalı neftin qiyməti bir barelə görə 61 dollar təşkil edib

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Hərracların nəticələrinin göstərdiyinə görə, Brent markalı neftin qiyməti cümə günü axşam birdən-birə 3% artaraq bir barel üçün 61 dollar təşkil edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

22.10-na Brent markalı neftin fyuçerslərinin dəyəri 3,13% qədər qalxıb və bir barel üçün 61,13 dollara çatıb. WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti 4,22% artaraq bir barel üçün 56,76 dollara çatıb.

Analitiklər "qara qızılın" qiymətinin artımını sərmayədarların bu ili üstünlükdə yekunlaşdırmaq qərarı ilə izah edirlər. Onların məlumatına görə, treyderlər şənliklərə hazırlaşaraq, qısa mövqeləri bağlayırlar.

Çərşənbə axşamı Brent markalı neftin fyuçersləri 3,77%-ə qədər ucuzlaşaraq, bir barel üçün 58,84 dollar təşkil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti