...

ABŞ və Aİ Cənub Qaz Dəhlizini dəstəkləyiblər

Energetika Materials 5 May 2016 04:38 (UTC +04:00)
ABŞ-Aİ energetika üzrə Şurası Transadriatik boru kəmərinin (TAP) tikintisi daxil olmaqla Cənub Qaz Dəhlizinin açılmasını qətiyyətlə dəstəklədiyini bildirib.
ABŞ və Aİ Cənub Qaz Dəhlizini dəstəkləyiblər

Bakı. Trend:

ABŞ-Aİ energetika üzrə Şurası Transadriatik boru kəmərinin (TAP) tikintisi daxil olmaqla Cənub Qaz Dəhlizinin açılmasını qətiyyətlə dəstəklədiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-Aİ energetika üzrə Şurasının bəyanatında deyilir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti