...

Türkiyənin SOCAR holdinqində 27 nəfər işdən azad edilib (YENİLƏNİB)

Energetika Materials 28 İyul 2016 14:43 (UTC +04:00)
İyulun 27-dən etibarən "Petkim" holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib.
Türkiyənin SOCAR holdinqində 27 nəfər işdən azad edilib (YENİLƏNİB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İyulun 27-dən etibarən "Petkim" holdinqində (SOCAR-ın Türkiyə aktivi) ayrı-ayrı departamentlərdən 27 nəfər işdən azad edilib.

Trend-in məlumatına görə, bunu "Anadolu" agentliyinə holdinqin Direktorlar Şurasının sədri Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, SOCAR Türkiyədə restrukturizasiya prosesi çərçivəsində əvvəlki kimi bu ölkəyə investisiya yatırmağa davam edəcək: "Türkiyədə şirkətin investisiyaları 18 milyard dollar təşkil edir. Bununla da şirkət Türkiyədə ən iri xarici investordur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti