...

Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşıb

Energetika Materials 7 İyun 2017 22:16 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 6-da 49,73 dollar/barel təşkil edib
Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşıb

Bakı. Ənvər Məmmədov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 6-da 49,73 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,1 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 6-da 49,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 6-da 46,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 6-da 48,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti