...

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ NOVOROSSİYSKDƏN NEFTİN SATIŞI ÜZRƏ TENDER ELAN EDİB

Energetika Materials 31 Avqust 2005 12:35 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossiysk limanından FOB bazisli 79 min ton Urals neftinin satışı üzrə tender elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, tender sentyabrın 7-də bağlı elan olunacaq.

"Biz sentyabrın 29-30-da Novorossiysk limanının N2 körpüsündən 79 min ton neft yükləməyi nəzərdə tuturuq", - deyə şirkətdə bildirilib.

İlin əvvəlindən AR DNŞ-in keçirdiyi tenderlərdə aşağıdakı şirkətlər Novorossiyskdən neft alıb:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);

fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);

mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);

aprel - Glencore (160 min ton);

may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);

iyun - Mercuria Energy Trading (82 min ton);

iyul - Mercuria Energy Trading (170 min ton);

avqust - Sun Oil (164 min ton), Glencore (142 min ton).

Xəbər lenti

Xəbər lenti