...

ARDNŞ YANVAR-SENTYABRDA NOVOROSSİYSKDƏN NEFT DAŞINMASINI AZALDIB

Energetika Materials 3 Oktyabr 2005 14:36 (UTC +04:00)

Yanvar-sentyabr ayları ərzində ARDNŞ Novorossiysk limanından 1,535 mln. ton Ural nefti daşıyıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 452 min ton azdır.Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

ARDNŞ-nin məlumatına görə, 2005-ci ilin sentyabrında Novorossiyskdən Ural neftinin yüklənməsi 237 min ton təşkil edib ki, bu da 2004-cü ilin avqustu ilə müqayisədə 71,1 min ton və sentyabrı ilə müqayisədə 22,2 min ton azdır.

2004-cü il ərzində ARDNŞ Novorossiyskdən 2559,1 min ton neft satıb ki, bu da 2003-cü ilin analoji dövrü ilə müqayisədə 77,1 min ton çoxdur. Bakı-Novorossiysk boru kəməri ilə $15,67 təşkil edir.

ARDNŞ-də qeyd olunub ki, sentyabrda 1 barel Urals neftinin qiyməti orta hesabla $58,38 təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti