...

2006-cı ildə EP-300 zavodu Azərneftyağ NEZ-dən təxminən 300 min ton nafta alacaq

Energetika Materials 12 Dekabr 2005 12:31 (UTC +04:00)

Azərkimya Dövlət Şirkətinin tərkibinə daxil olan EP-300 zavodu 2005-ci ilin əvvəlində Azərneftyağ NEZ-dən 240 min ton nafta alıb. Zavoddan Trend ə verilən məlumata görə, 2006-cı ildə müəssisə AR DNŞ-in tərkibinə daxil olan Azərneftyağ NEZ-dən təxminən 300 min nafta almağı planlaşdırır.

Müəssisədə bildirilib ki, dekabrın 12-də Bakıya bu yaxınlarda zavodda baş vermiş yanğın nəticəsində sıradan çıxmış qurğuların əvəzinə yeni avadanlıqlar gətiriləcək.

"Avadanlıqların quraşdırılması üzrə işlərin ilin sonuna kimi həyata keçirilməsi planlaşdırılır", - deyə zavoddan bildirilib.

Xəbər lenti

Xəbər lenti