...

"Nabucco Gas Pipeline"-nın rəhbəri: "Cənub" və "Cənub axını" "Nabukko" qaz kəmərinə qaz ötürə bilər

Energetika Materials 6 İyul 2007 17:41 (UTC +04:00)
"Nabucco Gas Pipeline"-nın rəhbəri: "Cənub" və "Cənub axını" "Nabukko" qaz kəmərinə qaz ötürə bilər

Azərbaycan, Bakı /müx. Trend V.Şərifov/ "Nabukko" qaz kəmərinin tikintisi və onun potensial üstünlüyü hazırda Avropada və Asiyanın qaz istehsal edən ölkələri arasında aktiv şəkildə müzakirə olunur. Bu kəmər Avropa Birliyi ölkələrinə yanacağın nəqlini diversifikasiya etməkdə mühüm rol oynayacaq. "Nabukko" layihəsinin reallaşması məqsədilə Avropada yeni şirkət yaradılıb və şirkətin səhmdarlarının tərkibinə OMV Gas International, MOL, TRANSGAZ, BULGARGAZ HOLDING, BOTAS daxildir.

Trend ın "Nabucco Gas Pipeline International" şirkətinin icraçı direktoru Reinhard Mitşeklə müsahibəsi:

- Son dövrlərdə Avrasiya qaz tədarükçüləri öz fəaliyyətlərini aktivləşdiriblər və Avropaya yanacaq tədarükü kəmərlərinin yeni layihələrini işləyib hazırlayırlar. Sizin fikrinizcə, "Cənub axını" yeni qaz kəməri layihəsi "Nabukko" kəmərinin reallaşması perspektivlərinə necə təsir göstərə bilər?

- Biz "Nabukko" layihəsinin reallaşmasına heç bir təzyiq görmürük. "Cənub axını" və "Cənub" qaz kəmərləri qazı "Nabukko"ya daşıyacaq bir vasitədir. "Nabukko" Xəzər dənizi regionunun və Yaxın Şərqin qaz istehsalçılarına və tədarükçülərinə işgüzar fəaliyyət üçün imkanlar yaradacaq.

- Hazırda "Nabucco Gas Pipeline International"in səhmdarlarının tərkibinə 5 şirkət daxildir və onların hər biri 20% paya malikdir. Sizin şirkətin iştirakçıları öz səhmlərinin yarısını qazın potensial tədarükçülərinə güzəştə getməyə hazırdırmı və bu məqsədlə hansı şərtlər nəzərdə tutulur?

- Hazırda Nabucco "Gas Pipeline International" potensial səhmdarlarla belə danışıqlar aparır. Bu danışıqların məğzi və statusu konfidensiallıq barədə razılığa əsasən gizli saxlanılır. Mövcud olan paylarını təklif etmək üçün hazırkı beş səhmdar öz səhmlərinin yarısından imtina etməyə hazır olmalıdır.

- Avropada qaza olan neçə faiz tələbat "Nabukko" qaz kəmərini təmin edə bilər?

- Avropada 2020-ci ildə qaza olan illik tələbatın 650 mlrd. kubmetr olacağı proqnozlaşdırılır, lakin 2020-ci ildə idxal olunacaq qazın həcminin 450-500 mlrd. kubmetr səviyyəsində olacağı plandaşdırılır. "Nabukko" kəməri ilə nəql olunacaq qazın həcmi illik 30 mlrd. kubmetr təşkil edəcək və bu da Avropada ümumi qaz istehlakının təxminən 5%-ni və 2020-ci ildə bu növ yanacağın idxalında yanacağın istehlakının 6-7%-ni təşkil edəcək.

- "Nabukko" qaz kəməri Mərkəzi Asiyadan olan potensial tədarükçüləri hansı cəhətinə görə cəlb etməyə hazırdır? Məsələn, Qazaxıstan və Türkmənistan potensial olaraq qazı alternativ mənbələrlə ixrac edə bilərlər. Bəs "Nabukko" Mərkəzi Asiyanın qaz istehsalçılarına yanacağın nəqlinin effektiv tariflərini təklif edə bilərmi?

- "Nabukko" qaz kəməri infrastrukturun inkişafına təsir göstərən layihə və nəql imkanlarının operatorudur. Gələcəkdə bu yanacağı Xəzər regionundan alacaq Avropanın qaz və topdansatış tacirləri danışıqlara başlayacaq və tədarükçülərlə işgüzar fəaliyyət üçün imkan yaradacaqlar. Tədarükçülər Avropaya əlavə birbaşa satış imkanları əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti