...

"Pokemon Go" mobil oyunu azyaşlılar üçün təhlükəlidir

Telekommunikasiya Materials 29 İyul 2016 16:05 (UTC +04:00)
“Kaspersky Lab” şirkətinin məlumatına əsasən, valideynlərin 52%-i övladlarına smartfon almalarını ona dostları ilə ünsiyyət yaratmaq imkanı bəxş etmək arzusu ilə izah edirlər.
"Pokemon Go" mobil oyunu azyaşlılar üçün təhlükəlidir

Bakı. Trend:

“Kaspersky Lab” şirkətinin məlumatına əsasən, valideynlərin 52%-i övladlarına smartfon almalarını ona dostları ilə ünsiyyət yaratmaq imkanı bəxş etmək arzusu ilə izah edirlər. Beləliklə, bir tərəfdən valideynlər övladlarına ictimailəşməyə kömək edir, digər tərəfdən isə uşaq yaşlarından qadcet istifadə etməyə həvəsləndirirlər. Bu isə öz növbəsində uşağın sağlamlığı, dərsdə müvəffəqiyyət dərəcəsi və həyatının digər sahələrinə mənfi təsir göstərə bilər.

"Kaspersky Lab"dan Trend-ə verilən məlumata görə, internet azyaşlı istifadəçilərə əsasən onlayn ünsiyyət meydançalarına daxil olmaq üçün həqiqətən zəruridir: onların 35%-i gündəlik olaraq sosial şəbəkə və messencerləri istifadə edir. Bundan başqa, uşaqların 32%-i əsasən dostları ilə canlı şəkildə deyil, onlayn resurslar vasitəsilə əlaqə saxlayır, 42%-i isə həm şəbəkə, həm də real həyat dostlarını itirməyə eyni dərəcədə qorxur.

Bundan başqa, smartfona sahib olmaq uşaqlara yaşıdları dairəsində “özününkü” olmağa imkan verir. Gənc istifadəçilərin 44%-i dostları internetə qoşulan cihaza sahib olduqlarından onlara da bu cihazdan lazım olduğunu hesab edir. Valideynlərin 27%-i bunu anlayışla qarşılayır və övladlarına qadcetdən istifadə etməyə icazə verir ki, uşaq özünü həmyaşıdlarından kənar hiss etməsin.

Uşaqların qadcetlərlə həddindən artıq maraqlanması və daim şəbəkədə olması real həyatda müəyyən risklərə səbəb ola bilər. Ən son parlaq nümunələrdən biri qısa zaman ərzində populyarlıq qazanmış “Pokemon Go” mobil oyunudur. Oynamaq üçün nəinki daim onlayn olmaq, həmçinin küçəyə çıxmaq və müxtəlif yerləri ziyarət etmək gərəkdir. Bu isə valideynlərdə narahatçılıq yaradır. Çünki diqqəti tam smartfonda olan azyaşlı istifadəçi ətrafında heç nəyə fikir verməyərək yolu aza, maşın altına düşə və yaxud az adam olan təhlükəli məkana gətirə bilər. Bu cür oyunlar zamanı uşağın yerdəyişməsinə nəzarət etməyə müdafiə həllərinin geolokasiya funksiyası kömək edə bilər.

“Kaspersky Lab”ın internetdə uşaq təhlükəsizliyi üzrə mütəxəssisi Mariya Namestnikova deyir: “Şəbəkədə ünsiyyət saxlamaq müasir məktəblilərin adətinə çevrilib. Valideynlər onlara qadcetləri istifadə etməyə icazə verərək kompromisə gedirlər, lakin, təbii ki, internetdə uşaqlarının nə etdiyini bilmək istəyirlər. Böyüklərə balaca istifadəçilərin onlayn həyatını izləməyə, təhlükəsizliyinə həm ev, həm də ictimai məkanlarda nəzarət etməyə və lazım gəldikdə müdafiə tədbirləri həyata keçirməyə imkan yaradan xüsusi həllər mövcuddur”.

Şəbəkədə uşaqların təhlükəsizliyini qorumaq məqsədilə “Kaspersky Lab” şirkəti bütün populyar proqram təminatları ilə işləyən yeni “Kaspersky Safe Kids” həllini hazırlayıb. Proqram uşaqları şəbəkədə böyüklər üçün kontentdən qoruyur, valideynlərə azyaşlı istifadəçinin internetdə nə ilə məşğul olduğunu və buna nə qədər vaxt sərf etdiyini izləməyə, eyni zamanda, uşağın cihazına gələn zənglər və SMS-lər barədə məlumat almağa və geolokasiya funksiyası sayəsində onun harada olduğunu müəyyən etməyə imkan yaradır.

İnternetdə uşaqların qarşılaşdığı təhlükələr və azyaşlı istifadəçilərin müdafiə üsulları haqda daha ətraflı məlumatla burada tanış olmaq mümkündür: kids.kaspersky.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti