...

Azərbaycan poçt sahəsində islahatlarla bağlı məsələlər üzrə beynəlxalq seminarda iştirak edib

Telekommunikasiya Materials 6 Dekabr 2005 14:07 (UTC +04:00)

Azərbaycan rabitə sahəsində regional əməkdaşlıq ölkələrinin poçt administrasiyalarının rəhbər şəxsləri üçün poçt sahəsində islahatlarla bağlı məsələlər üzrə Parisdə keçirilən beynəlxalq seminarda iştirak edib. Azərbaycan tərəfdən tədbirdə Azərpoçt DK-nın baş direktor müavini Sübhan Kazımov iştirak edib. DK-dan Trend ə verilən məlumata görə, tədbir Fransanın poçt idarəsi tərəfindən təşkil olunub.

Azərpoçtdan bildirilirb ki, S.Kazımov Azərbaycanda poçt sahəsinin indiki vəziyyəti, bu istiqamətdə aparılan islahatlar, o cümlədən ölkə hökuməti ilə Dünya bankı tərəfindən poçt sahəsinin modernləşdirilməsinə yönəldilmiş yeni layihə barədə məlumat verib.

Seminarda MDB və Baltik ölkələrinin, həmçinin, Ümumdünya Poçt İttifaqının nümayəndələri iştirak edib.

"Azərbaycanın fəal iştirak etdiyi belə tədbirlər Fransanın poçt administrasiyası tərəfindən hər il keçirilir", - deyə DK-da bildirilib.

Xəbər lenti

Xəbər lenti