...

"Xalq Bank" Cash-in bankomatlarının şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2014 15:14 (UTC +04:00)
"Xalq Bank" müştərilərin rahatlığı üçün daha bir Cash-in tipli bankomatı istifadəyə verdi.
"Xalq Bank" Cash-in bankomatlarının şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 24 iyul /Trend/

"Xalq Bank" müştərilərin rahatlığı üçün daha bir Cash-in tipli bankomatı istifadəyə verdi.

Bankın bütün plastik kart müştəriləri banka gəlmədən, günün istənilən vaxtı 24/7 rejimində fəaliyyət göstərən Cash-in tipli bankomat vasitəsilə manat və ABŞ dolları valyutalarında karta pul mədaxil edə bilərlər. Həmçinin bankın kredit kart müştəriləri kart üzrə kredit borclarını ödəyə bilərlər.

Cash-in tipli bankomatın ən vacib üstünlüklərindən biri də pul vəsaitlərinin bankın iş rejimindən asılı olmayaraq həmin anda müştərinin kart hesabına keçirilməsidir.

Qeyd edək ki, Xalq Bank-ın Cash-in tipli bankomatlarından biri bankın baş ofisində, İnşaatçılar pr., 22L, digəri isə bankın "Mərkəz" filialında, 28 May küç., 19 ünvanında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti