...

Fransa sığortaçısının Azərbaycanda öz törəmə şirkətini tam əldə etməsi gözlənilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Fransanın "AXA Group" şirkətinin Azərbaycanda öz törəmə şirkətinin tam səhmlər paketini əldə etməsi gözlənilmir. Bunu Trend-ə şirkətdən deyiblər.

Fransa şirkəti bu il AXA MBASK ASC-də iştirak payını 84 faizdən 90,9 faizədək artırıb.

Şirkətdən qeyd ediblər ki, qalan səhmlər paketinin sahibi olan fiziki şəxs 9,1 faiz iştirak payını özündə saxlamaq niyyətindədir.

AXA MBASK-ın kapitalının artması nəticəsində Fransa səhmdarının payı 8,73 milyon manatdan 14,23 milyon manatadək artıb.

Sığorta şirkətindən bildiriblər ki, AXA MBASK-ın səhmdarlar strukturunda iştirak payının nisbətində dəyişiklik sığorta şirkətinin növbəti səhmlər emissiyasının yerləşdirilməsi nəticəsində baş verib: "Səhmlərin böyük qismi "AXA Group" tərəfindən alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti