...

Kredit təşkilatları üçün "Nağd pulun idarəetmə informasiya sisteminin yaradılması" layihəsi çərçivəsində təlimlər keçirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2014 12:39 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankında (AMB) “Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması” proqramı çərçivəsində “Nağd pulun idarəetmə informasiya sistemi"nin (Cash Management System (CMS) tətbiqi ilə əlaqədar beynəlxalq ekspertlərin iştirakı ilə kredit təşkilatları üçün geniş təlimlərin keçirilməsinə başlanılıb.
Kredit təşkilatları üçün "Nağd pulun idarəetmə informasiya sisteminin yaradılması" layihəsi çərçivəsində təlimlər keçirilir (FOTO)

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Azərbaycan Mərkəzi Bankında (AMB) "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" proqramı çərçivəsində "Nağd pulun idarəetmə informasiya sistemi"nin (Cash Management System (CMS) tətbiqi ilə əlaqədar beynəlxalq ekspertlərin iştirakı ilə kredit təşkilatları üçün geniş təlimlərin keçirilməsinə başlanılıb.

AMB-dən Trend-ə verilən məlumata görə, təlimlərin məqsədi CMS-in Mərkəzi Bankda tətbiqi ilə əlaqədar kredit təşkilatlarının sistemə inteqrasiyasını təmin edəcək "web portal" modulu üzrə əməliyyatların aparılması zamanı bank əməkdaşlarının nəzəri, eləcə də praktiki bilik və bacarıqlarının ixtisaslaşdırılmasından ibarətdir.

Təlimdə Mərkəzi Bankın baş direktoru A.Vəliyev müvafiq proqram çərçivəsində nağd pul blokunda həyata keçirilən layihələr, strateji dövrdə qarşıda duran hədəflər, eləcə də CMS-in bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat verib.

Təlimlərdə kredit təşkilatlarının nağd pul və informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri, həmçinin CMS layihəsi üzrə işçi qrupunun üzvləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti