...

"TuranBank" mikromaliyyə portfelinin genişləndirilməsi üçün xarici borcları artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2014 11:58 (UTC +04:00)
“TuranBank” mikromaliyyə portfelinin genişləndirilməsi üçün Microfinance Enhancement Facility-dən onun investisiya meneceri Cyrano Management vasitəsilə 5 milyon dollar həcmində vəsait cəlb etmişdir.
"TuranBank" mikromaliyyə portfelinin genişləndirilməsi üçün xarici borcları artırıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

"TuranBank" mikromaliyyə portfelinin genişləndirilməsi üçün Microfinance Enhancement Facility-dən onun investisiya meneceri Cyrano Management vasitəsilə 5 milyon dollar həcmində vəsait cəlb etmişdir.

Bankın cümə günü yaydığı məlumata görə, bank və Microfinance Enhancement Facility SA, SICAV-SIF arasında Bankın mikromaliyyə portfelini genişləndimək məqsədilə 3 il müddətinə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır.Kredit sazişi ilə bağlı danışıqlar və monitorinq dünyanın formalaşmaqda olan bazarlarının mikromaliyyə sahəsində ixtisaslaşmış Cyrano Management tərəfindən həyata keçirilmişdir. Cyrano mikro və kiçik sahibkarlığa bank xidmətlərində geniş təcrübəli peşəkar kollektivə malikdir.

Bankın strategiyasına müvafiq olaraq respublikanın əksər regional mərkəzlərində satış şəbəkəsinə malik olan TuranBank, əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun və ümumilikdə regionların sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir. Onların içərisində uğurla həyata keçirilən fərdi biznes mikrokreditləri layihələri mühüm yer tutur. Bu istiqamətdə Bank, xarici maliyyə qurumları ilə sıx əməkdaşlıq edir. Belə ki, cari ildə Bank, özünün mikromaliyyə portfelini genişləndimək məqsədilə Almaniyanın maliyyə qurumları olan Bank im Bistum Essen eG-dən 3 il müddətinə 3,5 mln. ABŞ dolları və IIV Mikrofinanzfonds-dan 4 il müddətinə 5 milyon ABŞ dolları həcmində kredit cəlb etmişdir. Beləliklə, Microfinance Enhancement Facility ilə bağlnan müqavilə də daxil olmaqla cari ilin yanvar-oktyabr aylarına Bankın mikromaliyyə portfelinin artırılması istiqamətində cəlb etdiyi maliyyə resurslarının ümumi məbləği 13,5 milyon ABŞ dolları təşkil etmişdir.

Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank, "Gözünüz aydın!" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün bir sıra kredit məhsullarının illik faizlərini endirmişdir. Adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank, Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank, "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir. Bankın "Pullarınız yerində saymasın" şüarı altında keçirilən yeni əmanət kampaniyası müştərilərin depozitlərini daha gəlirli edir. Cari ilin sonunacan davam edəcək aksiya zamanı Bankın "Sirlər Xəzinəsi" məhsulları içərisində ən gəlirli əmanət növü olan Xəzinə depozitinə yerləşdirilən vəsaitlər öz sahibinə illik 14,5% gəlir gətirəcək.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 15 xidmət nöqtəsi (onlardan 8-i regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad və Qazaxda olmaqla) və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti