...

Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Energetika Materials 21 Oktyabr 2014 17:35 (UTC +04:00)
27-28 oktyabr tarixlərində Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkilatçılığı və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfdaşlığı ilə ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik konfransı keçiriləcək.
Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

27-28 oktyabr tarixlərində Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkilatçılığı və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfdaşlığı ilə ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik konfransı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, enerji tənzimlənməsi üzrə əsas beynəlxalq tədbirlərdən hesab olunan konfransda dövlət rəsmilərinin, energetika və su ehtiyatları ilə bağlı olan qurumların nümayəndələrinin, investorların, bank təmsilçilərinin, məsləhətçilərin və s. iştirakı nəzərdə tutulur. Ümumilikdə isə konfransda 30-dan artıq ölkədən 200-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

ERRA-nın builki konfransı enerji sektoru, enerji təhlükəsizliyi, bərpa olunan enerjinin yayılması ilə bağlı çağırışlar, enerji bazarlarında istehlakçıların hüquq və səlahiyyətlərinin genişləndirilməsi, su ehtiyatlarının tənzimlənməsi mövzularına həsr olunacaq.

Qeyd edək ki, Azərbaycan Tarif (qiymət) Şurasının da üzv olduğu Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası Mərkəzi Avropa, Avrasiya, ABŞ, Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan tənzimləyici qurumların birliyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti