...

Azərbaycan poçtu işçi heyətinin distant tədrisi sistemini tətbiq edir

Telekommunikasiya Materials 26 Avqust 2014 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərpoçt" MMC-nin Poçt rabitəsi şöbəsi distant tədris sisteminə (e-learning) qoşulur. Bunu Trend-ə MMC-dən deyiblər.

Layihə Dünya Bankının "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas komponenti ölkənin poçt şəbəkəsinin modernləşdirilməsidir. Distant sistem bankın Tədris Mərkəzi ilə birlikdə tətbiq edilir və əhaliyə maliyyə xidmətlərinin göstərilməsində MMC-nin işçi heyətinin biliklərinin artırılması üçün treninqlərin keçirilməsini nəzərdə tutur.

Proqram təminatının tədarükçüsü "Sinam" şirkətidir. "E-learning" proqramı poçt operatorunun baş ofisinə instalyasiya ediləcək.

Kurslar keçiriləcək və yekunda imtahanlar təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti