...

Bakı Metropoliteni öz mobil rabitəsini işə salır

Telekommunikasiya Materials 16 Sentyabr 2014 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Bakı Metropolitenində daxili korporativ mobil rabitə işə salınacaq. Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, hazırda layihənin texniki tərəfi nəzərdən keçirilir və yeraltı nəqliyyatda işə salınacaq rabitə standartının müəyyənləşdirilməsi məsələsi gündəlikdədir.

Mənbə qeyd edib ki, əgər əvvəllər mobil rabitə standartı qismində DECT (Digital Enhanced Cordless Telecommunication) texnologiyası nəzərdən keçirilirdisə, hazırda onun korporativ mobil rabitə standartının bazası qismində istifadəsi məsələsi aktual deyil: "Bu şəbəkənin yaradılması üçün daha qabaqcıl texnologiyanın istifadə ediləcəyi istisna olunmur".

Qeyd edək ki, DECT baza stansiyaları "28 May" stansiyası ərazisində quraşdırılıb. Avadanlığın tədarükçüsü "Panasonic" şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti