...

AMEA seysmoloji tədqiqatlar üçün monitorinq şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 20 Oktyabr 2014 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu (İSİ) İsmayıllı rayonunun Lahıc qəsəbəsində zəlzələlərin ilkin hazırlıq dövrünün monitorinqini həyata keçirən yeni stansiyanı istismara verib. Bunu Trend-ə İnstitutun direktoru Telman Əliyev deyib.

Onun sözlərinə görə, stansiya dağlıq ərazidə yerin 40 metr dərinliyindəki quyuda quraşdırılıb və istismara verildikdən sonra dərhal səmərəliliyini göstərib.

T.Əliyev qeyd edib ki, stansiya sentyabrın sonunda Qəbələ rayonunda 5 bal gücündə zəlzələ üzrə dəqiq məlumatlar verdi: "Əlamətdardır ki, stansiya respublikanın cənubunda seysmik aktivliyi qeydə almayıb, bu da zəlzələnin fəaliyyət radiusunu hesablamağa imkan verir. Perspektivdə belə stansiyaların sayını artırmaqla zəlzələlərin episentrini yüksək dəqiqliklə müəyyənləşdirmək mümkün olacaq.

Hazırda Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünü, yəni anomal seysmik prosesləri aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 8 stansiya fəaliyyət göstərir. Stansiyalar Qum adası, Neftçala, Naftalan, Şirvan, Siyəzən, Qazax, İsmayıllı və Naxçıvan Muxtar Respublikasındadır.

Bundan başqa, ilin sonunadək Balakən və Astara rayonlarında iki stansiya quraşdırmaq planlaşdırılır. Gələn il daha bir stansiya Horadizdə istismara veriləcək.

Mövcud stansiyalar anomal seysmik proseslər özünü yerin səthində göstərməzdən 15-20 saat əvvəl onları qeydə almaq gücündədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti