...

Atanın məhkum oğluna gətirdiyi toyuqlardan telefon çıxdı (FOTO)

Hadisə Materials 29 İyul 2014 18:12 (UTC +04:00)
2 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Atanın məhkum oğluna gətirdiyi toyuqlardan telefon çıxdı (FOTO)

Azərbaycan, Bakı, 29 iyul /Trend/

2 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İlqar Oqtay oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş atası Oqtay Bəbəş oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı iki ədəd toyuğun içərisində gizlədilmiş qara rəngli "Nokia-1280" və "Nokia-C5" markalı işlək vəziyyətdə olan mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, İ.Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3-cü maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti