...

Günəş tutulması baş verəcək

Maraqlı Materials 2 May 2012 15:02 (UTC +04:00)
May və iyun aylarında göy üzü bir-birindən maraqlı hadisəyə şahid olacaq.
Günəş tutulması baş verəcək

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir X.Murtuzayeva/

May və iyun aylarında göy üzü bir-birindən maraqlı hadisəyə şahid olacaq. Astronomların bildirdiklərinə görə, mayın 20-də Günəş tutulması, iyunun 5-də isə Venera da daxil olmaqla mikro-Günəş tutulması baş verəcək. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

İlk tutulmanı Çindən Sakit okean boyunca Amerikanın qərbinədək müşahidə etmək mümkün olacaq. Bu hadisənin orijinallığı Ayın Günəşin qarşısını tam olaraq tutmayacağındadır. Ona görə də tutulmanı izləyənlər səmada sanki alovdan olan bir üzük görəcəklər.

İyun ayındakı tutulma isə "Venera transiti" kimi də adlandırılır və çox az təsadüf edilən səma hadisələrindəndir. Həqiqətən də növbəti transiti görmək üçün 105 il, yəni 2117-ci ilədək gözləmək lazım gələcək. Bu tutulmanı izləyənlər Günəşin önündən qara bir ləkənin keçdiyini görəcəklər.

Məlumata görə, bu hadisə Asiya-Sakit okean regionundan daha yaxşı izlənəcək.

Xəbər lenti

Xəbər lenti