...

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

Cəmiyyət Materials 16 May 2024 09:18 (UTC +04:00)
Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yardımlı rayonunda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakinləri Bədir Mürsəlov, Şəhriyar Əndəlifov və Mahir Abdullayev saxlanılıblar. M.Abdullayevin idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı 15 kiloqram marixuana, Bədir Mürsəlovun üzərindən isə metadon həbləri aşkarlanıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Qeyd edək ki, Yardımlı RPŞ-nin əməkdaşları cari ildə 126 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.

Xəbər lenti

Xəbər lenti