...

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa dair plan təqdim edib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2012 14:58 (UTC +04:00)
Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa dair yeni plan təqdim ediblər.
Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa dair plan təqdim edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Tarıverdiyeva/

ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri Robert Bradtke, Jak For və İqor Popov, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik martın 2-6-da Yerevana, Dağlıq Qarabağa və Bakıya səfər ediblər. Həmsədrlər İlham Əliyev və Serj Sarkisyanla və Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə görüşüblər. Trend-in məlumatına görə, bu barədə təşkilatın saytı xəbər verir.

Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi tərəflərinə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə qəbul etdikləri birgə bəyanatın həyata keçirilməsi üçün plan təqdim ediblər. Həmsədrlər iki prezidentin əsas prinsiplər üzrə razılaşmanın əldə olunmasının sürətləndirilməsi üzrə götürdükləri həmin birgə öhdəliklərə əsaslanaraq hərtərəfli sülh nizamlanması üçün əsas üzərində işlərin irəliləməsində tərəflərə kömək göstərilməsi üçün tədbirlər təqdim ediblər.

"Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması üzrə irəliləyiş əldə edilib. Sülh sazişinin hazırlanmasına keçidin vacibliyini diqqətə alaraq Azərbaycan və Ermənistan prezidentləri indiyə qədər görülmüş işlər nəzərə alınmaqla əsas prinsiplər üzrə razılığın əldə olunmasını sürətləndirməyə hazır olduqlarını bildiriblər", - sənəddə deyilir.

Həmsədrlər, həmçinin tərəflərlə Soçi bəyanatında qeyd edilən öhdəliklərin yerinə yetirilməsi yollarını, cəbhə xətti boyunca insidentlərin araşdırılması mexanizmləri üzərində işin davam etdirilməsini müzakirə ediblər.

Həmsədrlər məlumat veriblər ki, onlar ATƏT sədrini ATƏT-in yüksək planlaşdırma qrupunun sabitliyin möhkəmləndirilməsi və etimadın artırılması üzrə vacib tədbirlər qismində gələcək mexanizmin inkişafı üzərində işləməsi üçün dəvət ediblər.

Bundan başqa, həmsədrlər humanitar məsələləri və region xalqları arasında qarşılıqlı anlayışa kömək üçün istifadə edilməli olan insanlar arasındakı əlaqələri müzakirə ediblər.

Həmsədrlər martın 22-də Vyanaya səfər etməyi planlaşdırırlar. Onlar Vyanada ATƏT-in Daimi Şurasını sülh yolu ilə nizamlanmanın əldə edilməsi üzrə atılan son addımlar haqqında məlumatlandıracaqlar.

Xəbər lenti

Xəbər lenti