...

BQXK nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdüyü azərbaycanlılarla görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2014 15:25 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə görüşüblər.
BQXK nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdüyü azərbaycanlılarla görüşüblər

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə görüşüblər.

Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, girovlar və Həsən Həsənovun meyitinin qaytarılması barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürüldüyü, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti