Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Məşhur müğənni və aktrisa Cennifer Lopez uşaqları ilə birlikdə Kaliforniya ştatının Malibu şəhərində yol qəzasına düşüb. Trend xəbər verir ki, bu barədə "Qazeta.ru" saytı "Hollywood reporter"a istinadən xəbər yayıb.
Aktrisanın sözlərinə görə, özü və sərnişinləri - iki övladı və aktrisa Liya Remini hadisə zamanı heç bir xəsarət almayıblar.
Lopez İnstaqram səhifəsində yazır: "Svetoforda dayanmışdıq və hansısa sərxoş axmaq arxadan bizi vurdu. Allaha şükür, hər şey qaydasındadır".
Yol qəzasına səbəb olan sürücü isə hadisə yerindən qaçıb. Sonradan polis onu saxlayıb.