...

Rusiya HDD-nin Xəzər flotiliyasının gəmilər dəstəsi Bakıya daxil olub (FOTO)

Siyasət Materials 9 Oktyabr 2012 13:50 (UTC +04:00)
Çərşənbə axşamı Bakıya tərkibində "Tatarıstan" flaqman gəmisi və "MB-58" dəniz yedəyi olmaqla kontr-admiral Sergey Alyokminskinin komandanlığı altında Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının gəmilər dəstəsi daxil olub.
Rusiya HDD-nin Xəzər flotiliyasının gəmilər dəstəsi Bakıya daxil olub (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Çərşənbə axşamı Bakıya tərkibində "Tatarıstan" flaqman gəmisi və "MB-58" dəniz yedəyi olmaqla kontr-admiral Sergey Alyokminskinin komandanlığı altında Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının gəmilər dəstəsi daxil olub.

Trend-in məlumatına görə, kontr-admiral Sergey Alyokminskini və Rusiya dənizçilərini Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov salamlayıb.

Səfərdə məqsəd Xəzərdə Rusiya və azərbaycanlı dənizçilər arasında dostluq əlaqələrinin inkişafı və möhkəmlənməsidir.

Səfərin proqramında işgüzar görüşlər, təcrübə mübadiləsi, Rusiya dənizçilərinin Bakının görməli yerləri ilə tanışlığı, birgə idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Oktyabrın 10-da "Tatarıstan" gəmisi Bakı sakinlərinin ziyarəti üçün müvafiq reqlamentə uyğun açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti