...

Şərq Tərəfdaşlığı ölkələri Ərazi Əməkdaşlıq Proqramı üzrə Azərbaycan-Gürcüstan işçi qrupunun ikinci iclası Gəncədə keçiriləcək

Siyasət Materials 23 Avqust 2014 18:56 (UTC +04:00)
Şərq Tərəfdaşlığı ölkələri Ərazi Əməkdaşlıq Proqramı üzrə Azərbaycan-Gürcüstan işçi qrupunun ikinci iclası sentyabr ayında Gəncədə keçiriləcək.
Şərq Tərəfdaşlığı ölkələri Ərazi Əməkdaşlıq Proqramı üzrə Azərbaycan-Gürcüstan işçi qrupunun ikinci iclası Gəncədə keçiriləcək

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Şərq Tərəfdaşlığı ölkələri Ərazi Əməkdaşlıq Proqramı üzrə Azərbaycan-Gürcüstan işçi qrupunun ikinci iclası sentyabr ayında Gəncədə keçiriləcək.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, layihə çərçivəsində hər iki ölkənin sərhədyanı rayonlarından olan sahibkarlar, hakimiyyət orqanları və ictimai təşkilatlar iclasa cəlb ediləcək.

Proqramda Azərbaycanı Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi rayonları təmsil edəcək. Gürcüstan tərəfindən isə proqrama Kvemo-Kartli və Kaxeti regionları daxil edilib. İlkin hesablamalara əsasən, qrantların həcmi 20-250 min avro arasında dəyişəcək. Layihənin dəyəri isə 12,5 milyon avrodur. Qeyd edək ki, işçi qrupunun birinci iclası ötən ilin sonunda Telavidə keçirilib.

Xəbər lenti

Xəbər lenti