...

Azərbaycan və Türkiyə HHQ-lərinin pilotları döyüş uzlaşması imkanlarını yoxlayıblar (FOTO) (VİDEO)

Siyasət Materials 22 Sentyabr 2014 19:02 (UTC +04:00)
Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.
Azərbaycan və Türkiyə HHQ-lərinin pilotları döyüş uzlaşması imkanlarını yoxlayıblar (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri bu gün də davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərdə iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları Azərbaycan pilotları ilə birgə ikiyerli döyüş-təlim MiQ-29 tipli qırıcı təyyarələrində ölkəmizin hava məkanındakı uçuş zonaları, ərazidəki hərbi aerodromların qalxma-enmə zolaqları, marşrut üzrə aeronaviqasiya vəziyyəti, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşları da icra olunacaq.

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

Qeyd edək ki, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti