...

Ombudsmanların Bakı Beynəlxalq Konfransının yekun iclasında bəyannamə qəbul edilib

Cəmiyyət Materials 18 İyun 2011 13:59 (UTC +04:00)
"Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda keçirilən Ombudsmanların IX Bakı Beynəlxalq Konfransının yekun iclasında bəyannamə qəbul edilib.
Ombudsmanların Bakı Beynəlxalq Konfransının yekun iclasında bəyannamə qəbul edilib

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya" mövzusunda keçirilən Ombudsmanların IX Bakı Beynəlxalq Konfransının yekun iclasında bəyannamə qəbul edilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan ombudsmanı Elmira Süleymanova bildirib ki, ilk dəfədir konfransda Avropa Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası və Beynəlxalq Ombudsmanlar İnstitutunun rəhbərliyi bir araya gəliblər. Konfrans Azərbaycanın üzləşdikləri problemləri dünyaya çatdırmaq, insan hüquqları sahəsində əməkdaşlıq baxımından xüsusi önəm daşıyır.

Azərbaycan, Hindistan, İsveç, Moldova, Norveç, Pakistan, Polşa, Rusiya və onun 12 subyekti, Sloveniya, Tailand, Ukrayna ombudsmanları və onların nümayəndələri, Beynəlxalq Ombudsmanlar İnstitutu, Avropa Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası, YUNESKO-nun Moskva bürosu, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası tərəfindən qəbul edilən bəyannamədə əməkçi miqrantların hüquqlarını təmin edəcək normaların yaradılması, miqrantlar, milli azlıqlar, qaçqınlar və ölkədaxili məcburi köçkünlərin hüquqlarının etibarlı təmin edilməsi üçün regional və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, əməkçilərin beynəlxalq miqrasiyası üçün normal, ədalətli və humanist şərtlərin müəyyən edilməsi, mədəni müxtəlifliyin və milli azlıqların mədəni irsinin qorunması, onlara münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, bütün səylərin gücləndirilməsi öz əksini tapıb.

Beynəlxalq konfrans iyunun 16-dan keçirilib.

Xəbər lenti

Xəbər lenti