...

Azərbaycanda oktyabrın 11-dən hava mülayimləşəcək, temperatur bir qədər yüksələcək

Cəmiyyət Materials 8 Oktyabr 2014 12:45 (UTC +04:00)
Azərbaycanda qeyri-sabit hava şəraiti oktyabrın 11-i gündüzə kimi davam edəcək, oktyabrın 11-dən sonra isə hava mülayimləşəcək, yağmursuz olacaq, temperatur ötən günlərlə müqayisədə bir qədər yüksələcək.
Azərbaycanda oktyabrın 11-dən hava mülayimləşəcək, temperatur bir qədər yüksələcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda qeyri-sabit hava şəraiti oktyabrın 11-i gündüzə kimi davam edəcək, oktyabrın 11-dən sonra isə hava mülayimləşəcək, yağmursuz olacaq, temperatur ötən günlərlə müqayisədə bir qədər yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişklən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskin müşahidə ediləcəyi, axşama doğru yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14, gündüz 16-20 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Aran rayonlarında gecə 9-14, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti