...

İmişlidə iribuynuzlu heyvanlar arasında virus xəstəliyinin kliniki əlamətləri müşahidə edilib

Cəmiyyət Materials 23 Oktyabr 2014 16:58 (UTC +04:00)
İmişli rayonunun bir neçə kəndində iribuynuzlu heyvanlar arasında "Nodulyar dermatit" virus xəstəliyinin kliniki əlamətləri müşahidə edilib.
İmişlidə iribuynuzlu heyvanlar arasında virus xəstəliyinin kliniki əlamətləri müşahidə edilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

İmişli rayonunun bir neçə kəndində iribuynuzlu heyvanlar arasında "Nodulyar dermatit" virus xəstəliyinin kliniki əlamətləri müşahidə edilib. Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar Dövlət Xidmətinin rəis müavini Azər Süleymanov İmişli rayonuna ezam olunub. Bu gün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavininin rəhbərliyi altında xidmət əməkdaşları xəstəlik qeydə alınan kəndlərdə dezinfeksiya, desinseksiya işləri aparmaqla, heyvanlarda simptomatik müalicə tədbirlərini həyata keçiriblər.

A.Süleymanov İmişli rayonunun kəndlərindəki xəstəlik qeydə alınan bütün təsərrüfatlarda olub. Fermerlərə və ayrı-ayrı təsərrüfat sahiblərinə xəstəlik barədə ətraflı məlumat verərək xəstəliyin müalicəsi istiqamətində aparılan məqsədyönlü tədbirlərdən danışıb. Eləcə də vurğulayıb ki, aparılan dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirləri öz effektini verməkdədir. Artıq xəstəliyin dinamikasında enmələr müşahidə edilir.

O, qeyd edib ki, xidmət xəstəliyə qarşı mübarizədə bütün imkanları səfərbər edir və edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti