...

Süd vəzi xərçənginə qarşı mübarizəyə həsr olunmuş yürüş keçiriləcək

Cəmiyyət Materials 24 Oktyabr 2014 14:49 (UTC +04:00)
Süd vəzi xərçəngi bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növüdür.
Süd vəzi xərçənginə qarşı mübarizəyə həsr olunmuş yürüş keçiriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Süd vəzi xərçəngi bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növüdür. Oktyabr ayı dünyada süd vəzi xərçənginə qarşı məlumatlandırma və mübarizə ayı kimi qeyd olunur. Bu konteksdə Azərbaycanda da 2014-cü il oktyabr ayının 25-də saat 12:00-dan 17:00-dək "Azerbaijan Breast Cancer Awareness Campaign"in təşəbbüsü və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin dəstəyi ilə süd vəzi xərçəngi barədə məlumatlandırma və erkən tibbi müayinənin əhəmiyyətliliyini vurğulamaq məqsədilə Dənizkənarı Milli Parkda konsert təşkil olunacaq, o cümlədən Park Bulvar və 28 Mall ticarət mərkəzlərində maarifləndirici broşurlar paylanacaqdır.

Trend xəbər verir ki, tədbirin davamı olaraq Shark Head velosipedçilər qrupu veloyürüş keçirəcək. Veloyürüş süd vəzi xərçənginə qarşı məlumatlandırma və mübarizəyə həsr edilir. Yürüş iki hissədən ibarət olacaqdır. Birinci yürüş 15:20-də Dənizkənarı Milli Parkdan başlayacaq, ikinci yürüşə Azadlıq Meydanından start veriləcəkdir. Konsert proqramı saat 16:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti