...

Azərbaycanda 20 nəfərədək məhkum işlə təmin olunub (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2014 14:14 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycanda 20 nəfərədək məhkum işlə təmin olunub (FOTO)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu sahədə həyata keçirilən növbəti tədbir Penitensiar Xidmətin Müalicə müəssisəsində yaradılan müasir tipli avadanlıqlarla təchiz edilmiş plastik qapı və pəncərə istehsalı sahəsinin fəaliyyətə başlaması olub. İki sexdən ibarət, müxtəlif sifarişlərin yerinə yetirilməsi imkanına malik istehsalat sahəsində 20 nəfərədək məhkum işlə təmin olunub.

Cəza çəkənlərin haqqı ödənilən ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində fəaliyyətin genişləndirilməsi məqsədi ilə Penitensiar Xidmət tərəfindən yaxın gələcəkdə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti