Azərbaycan, Bakı, 30 iyun /Trend/
ABŞ-ın Əfqanıstandakı səfirliyi yaxınlığında güclü partlayış baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə insanların qələbəlik olduğu ərazidə baş verib.
Partlayış intiharçı terrorçu tərəfindən törədilib.
Ölən və xəsarət alanlar barədə məlumat verilmir.