...

Türkiyədə Baş Qərargah rəisinin dəyişdiriləcəyi gözlənilir

Dünya xəbərləri Materials 6 İyul 2015 16:21 (UTC +04:00)
Avqustda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin ediləcəyi gözlənilir.
Türkiyədə Baş Qərargah rəisinin dəyişdiriləcəyi gözlənilir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Avqustda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin ediləcəyi gözlənilir.

Trend-in "Kanal 7" telekanalına istinadən verdiyi məlumata əsasən, yeni təyinata səbəb ölkənin fəaliyyətdə olan Baş Qərargah rəisi Necdet Özelin təqaüdə çıxmasıdır.

Məlumatda deyilir ki, yeni Baş Qərargah rəisi Quru Qoşunlarının komandanı, 63 yaşlı general Hulusi Akar ola bilər.

Xatırladaq ki, bundan N.Özelin avqustun 30-da səhhətindəki problemlərlə əlaqədar istefaya gedəcəyi deyilmişdi.

Baş Qərargah bu məlumatı nə təsdiqləmiş, nə də təkzib etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti