...

Türkiyə metrosunda qəza: xəsarət alanlar var

Dünya xəbərləri Materials 8 Yanvar 2016 11:30 (UTC +04:00)
Türkiyənin İzmir vilayətində metropolitenin (yerüstü metro xətti) vaqonlarından biri relsdən çıxaraq aşıb.
Türkiyə metrosunda qəza: xəsarət alanlar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İzmir vilayətində metropolitenin (yerüstü metro xətti) vaqonlarından biri relsdən çıxaraq aşıb. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10-dan çox sərnişin xəsarət alıb.

Hadisəyə səbəb vaqonun yük maşını ilə toqquşması olub.

Türkiyənin bir sıra iri şəhərlərində yerüstü metropoliten xətləri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti