...

İddia: Terrorçular İstanbul aeroportuna xarici ölkədən gəliblər

Dünya xəbərləri Materials 29 İyun 2016 01:23 (UTC +04:00)
İstanbulun Atatürk hava limanında terror aktını törədənlərin xaric ölkədən gəldiyi iddia olunur.
İddia: Terrorçular İstanbul aeroportuna xarici ölkədən gəliblər

Bakı. Trend:

İstanbulun Atatürk hava limanında terror aktını törədənlərin xaric ölkədən gəldiyi iddia olunur.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular aeroporta xarici ölkədən təyyarə ilə gəliblər.

İddia olunur ki, təyyarədən enən terrorçular Xarici aviareyslər terminalında hazırlaşdıqdan sonra partlayış törədiblər.

Onların AK tipli avtomatları və partlayıcı qurğuları təyyarə ilə necə gətirdiyi isə sual altındadır.

Xəbər lenti

Xəbər lenti