...

Yaponiya imperatoru taxt-tacdan imtina edə bilər

Dünya xəbərləri Materials 13 İyul 2016 15:15 (UTC +04:00)
Yaponiya imperatoru Akihito öz oğlu şahzadə Naruhitonun xeyrinə taxt-tacdan imtina edə bilər.
Yaponiya imperatoru taxt-tacdan imtina edə bilər

Bakı. Elçin Hüseynov - Trend:

Yaponiya imperatoru Akihito öz oğlu şahzadə Naruhitonun xeyrinə taxt-tacdan imtina edə bilər.

Bu barədə Trend Yaponiyanın "NHK" telekanalına istinadən xəbər verir.

Bu xəbəri telekanal Yaponiya imperatorunun administrasiyasının bir neçə mənbəsindən alıb.

82 yaşlı Akihitonun son vaxtlar səhhəti ilə problemləri var və bu səbəbdən bəzən ictimai tədbirlərdə iştirak edə bilmir. Onu belə tədbirlərdə böyük oğlu şahzadə Naruhito əvəz edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti