Bakı. Trend:
Fransa Prezidenti Fransua Olland Nitsa şəhərində baş verən hadisələrlə əlaqədar təcili olaraq Parisə qayıdır.
Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Qeyd edək ki, Fransanın Nitsa şəhərində terror aktı törədilib. İndiyədək olan məlumatlara görə, hadisə nəticəsində 60 nəfər ölüb, 100 nəfər xəsarət alıb.