Bakı. Rufiz Hafizoğlu - Trend:
Suriyada İŞİD terror təşkilatına qarşı aparılan "Fərat qalxanı" çərçivəsində 1200 kv.km ərazi silahlılardan təmizlənib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Suriyada bir sıra yaşayış məntəqələrinin İŞİD-dən azad olunmasından sonra 20 mindən çox suriyalı qaçqın Türkiyədən öz vətənlərinə qayıdıb.
Qeyd edək ki, hazırda Türkiyədə 3 milyon suriyalı qaçqın var.