...

Gürcüstan ordusunun iki yüksək rütbəli şəxsi istefa verib

Dünya xəbərləri Materials 16 Noyabr 2016 20:46 (UTC +04:00)
Gürcüstanın Hərbi Hava Qüvvələrinin rəisi Serqo Ninua və Hava Hücumundan Müdafiə Qərərgahının rəhbəri Georgiy Çabadze vəzifə təyinatlarından bir həftə sonra istefa veriblər.
Gürcüstan ordusunun iki yüksək rütbəli şəxsi istefa verib

Bakı. Trend:

Gürcüstanın Hərbi Hava Qüvvələrinin komandanı Serqo Ninua və Hava Hücumundan Müdafiə Qərargahının rəhbəri Georgiy Çabadze vəzifə təyinatlarından bir həftə sonra istefa veriblər.

Trend "Sputnik-Georgia" agentliyinə istinadən xəbər verir ki, hər iki şəxs müxalifətdə olan Vahid Milli Hərəkat partiyası ilə əlaqədə ittiham edilmələri ilə bağlı vəzifələrini tərk ediblər.

İttihamlarla razılaşmayan Serqo Ninua kampaniyanın əslində Hərbi Hava Qüvvələrində planlaşdırılan islahatlara mane olmaq məqsədi güddüyünü deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti