...

NATO ölkələrindəki türk hərbçilər vətəndaşlıq istəyirlər

Dünya xəbərləri Materials 18 Noyabr 2016 16:50 (UTC +04:00)
Y.Stoltenberq qeyd edib ki, bu məsələnin həlli NATO üzvlərinin milli kompetensiyasına daxildir.
NATO ölkələrindəki türk hərbçilər vətəndaşlıq istəyirlər

Bakı. Trend:

NATO-ya üzv ölkələrdəki hərbi strukturlarda xidmət edən bir sıra türk hərbi qulluqçular Türkiyədəki daxili siyasi vəziyyətlə əlaqədar olaraq bu dövlətlərdə vətəndaşlıq almaq üçün müraciət ediblər.

Tren-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq da təsdiq edib.

Y.Stoltenberq qeyd edib ki, bu məsələnin həlli NATO üzvlərinin milli kompetensiyasına daxildir.

Baş katib əlavə edib ki, NATO-nun komanda strukturlarında bir sıra türk hərbçilər dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti