Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, danışıq zamanı Suriyanın Hələb şəhərində yaranmış vəziyyət müzakirə edilib.
Tərəflər həmçinin şəhər əhalisinə humanitar yardımların çatdırılması istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıblar.