Bakı. Trend:
Türkiyənin Bursa vilayətində furqon və yük maşını toqquşub.
Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində, 4 nəfər ölüb, yük maşınının sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis və təcili yardım xidməti cəlb olunub.